EN

Azərbaycan başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Çindəki faciə ilə bağlı başsağlığı verib.

7Times.az xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.

“Çinin Şansi əyalətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çox sayda insanın həyatını itirməsi və yaralanması bizi dərin kədərə qərq edib. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların hamısına tezliklə sağalmağı arzulayırıq. Xilasetmə və bərpa işlərində iştirak edən aidiyyəti qurumlar və fövqəladə xidmət əməkdaşları ilə həmrəy olduğumuzu bildirir, bu faciədən zərər çəkən hər kəsin kədərini bölüşürük”, – deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, Çininin Şansi əyalətində kömür mədənində partlayışda azı 82 nəfər ölüb.

Chosen
23
10
7times.az

10Sources