EN

FHN tələbələr üçün maarifləndirici tədbir keçirdi

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan Tibb Kollecində tələbələr üçün maarifləndirici tədbir keçirilib.

Nazirlikdən Publika.az-a verilən xəbərə görə, FHN əməkdaşları tərəfindən fövqəladə halların təsnifatı, muxtar respublika üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib. Məqsəd gənclərin fövqəladə hallar zamanı davranış qaydaları, yanğın təhlükəsizliyi, ilkin xilasetmə tədbirləri və mülki müdafiə sahəsində biliklərinin artırılması olub.Məqsəd gənclərin fövqəladə hallar zamanı davranış qaydaları, yanğın təhlükəsizliyi, ilkin xilasetmə tədbirləri və mülki müdafiə sahəsində biliklərinin artırılması olub.

FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar ətraflı cavablandırılıb.

Tədbirin praktiki hissəsində şərti zəlzələ və yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra müəllimlər tərəfindən siniflərdən tələblərin təxliyəsi həyata keçirilib, “zərəçəkmişlər”ə ilkin tibbi və psixoloji yardım göstərilib.

Yanğınsöndürənlər tərəfindən “yanğınla mübarizə” tədbirlərinə başlanılaraq çevik kəşfiyyatın aparılması, “yanğının söndürülməsi” və “xilasetmə” əməliyyatları yerinə yetirilib.

Chosen
16
9
publika.az

10Sources