EN

Makron: Fransa kvant texnologiyaları və yarımkeçiricilərə 1,55 milyard avro ayıracaq

Müəllif:Mehin Qasımova,Banco.az

Fransa süni intellekt və məlumat mərkəzləri üçün kvant texnologiyaları və yarımkeçirici həllərin hazırlanmasına 1,55 milyard avro ayırmağı planlaşdırır.

Banco.az xəəbr verir ki, bu barədə Fransa lideri  bildirib.

"Milli kvant strategiyası üçün dərhal 1 milyard avro əlavə maliyyələşdirmə barədə qərar verəcəyik",- deyə Fransa lideri qeyd edib.

550 milyon avroya gəldikdə isə, dövlət başçısı bunun süni intellekt və məlumat mərkəzləri üçün yarımkeçiricilər üzrə Avropa proqramı üçün istifadə olunacağını bildirib:

"Biz Fransanı 550 milyon avroluq Fransa töhfəsi ilə elektronika sektorunda yeni bir Avropa maliyyələşdirmə proqramına - Advanced Semiconductor Technologies-ə qoşuruq".

Chosen
36
1
banco.az

2Sources