EN

İsveçrə Aİ-nin Rusiyaya yönəlmiş 20-ci sanksiyalar paketinə qoşulmaq qərarı verib

İsveçrə Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 20-ci sanksiyalar paketinə qoşulmaq qərarı verib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Federal Şurası açıqlama yayıb.

Qərara əsasən, 115 nəfər, şirkət və qurumun aktivləri dondurulacaq, həmçinin onlara iqtisadi resursların verilməsi qadağan ediləcək. Eyni zamanda, həmin şəxslərin İsveçrə ərazisinə girişinə və ölkədən tranzit keçidinə məhdudiyyət qoyulacaq.

Bildirilib ki, sanksiyalar əsasən Rusiyanın hərbi-sənaye kompleksi və enerji sahəsi ilə əlaqəli şəxsləri əhatə edir.

İsveçrə bununla yanaşı, Rusiyanın “kölgə donanması”na qarşı tətbiq olunan tədbirlərə də qoşulub.

Chosen
9
2
redaktor.az

3Sources