EN

"Qarabağ"ın baş direktoru Koxalski ilə Yankoviçin komandada qalıb-qalmayacaqlarını açıqladı

"Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl cari mövsümün sonunda iş yerini dəyişəcəkləri ilə bağlı məlumatlar yayılan iki legionerlə - qapıçı Mateuş Koxalski və yarımmüdafiəçi Marko Yankoviçlə bağlı son vəziyyətin nə yerdə olduğunu açıqlayıb.

Klub rəsmisi Fanat.Az-a açıqlamasında Marko ilə Mateuşun Ağdam təmsilçisindən ayrılmayacaqlarını bildirib:

"Həm Koxalskinin, həm də Yankoviçin müqaviləsi var. Hazırda onların gedişi gözlənilmir. Hə, hər ikisinin təklifləri olub. Amma həmin təkliflər artıq qüvvədə deyil".

Xatırladaq ki, Misli Premyer Liqasındakı mübarizəni 2-ci yerdə başa vuran "Qarabağ" Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək.

Nihat

Chosen
20
fanat.az

1Sources