EN

Konqo DR-nin futbol millisi 2026-cı ilin dünya çempionatından kənarlaşdırıla bilər

Konqo Demokratik Respublikasının (DR) futbol üzrə milli komandası ölkədə Ebola epidemiyası səbəbindən 2026-cı ilin dünya çempionatından kənarlaşdırıla bilər.

"Far.Az" xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.

Ağ Evin dünya çempionatı üzrə İşçi Qrupunun icraçı direktoru Endryu Culiani bildirib ki, komanda hazırda təlim-məşq toplanışları və yoldaşlıq oyunları keçirdiyi Belçikada 21 günlük karantindən keçməlidir.

Onun sözlərinə görə, karantin olmadan komandanın ABŞ-yə və turnirə ev sahibliyi edən ölkələrə girişi məhdudlaşdırıla bilər.

E.Culiani tədbirlərin infeksiyanın yayılmasının qarşısını almağa və ABŞ-də ictimai səhiyyə təhlükəsizliyini təmin etməyə yönəldiyini vurğulayıb.

Chosen
104
1
far.az

2Sources