EN

"Formula-1"də qəribə qəza:Pilot qunduzu vuraraq divara çırpıldı

"Formula-1" pilotu Aleksandr Albon Kanada Qran-prisində trasda qunduzu vurub və idarəetməni itirərək divara çırpılıb.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məşq yürüşü zamanı "Williams" komandasının pilotu yeddinci döngədən çıxarkən qəfildən trasa qaçan qunduzu vurub. Zərbənin təsirindən maşın trasdan çıxaraq divara çırpılıb və bolid ciddi zədələnib. Hadisə nəticəsində heyvan tələf olub, sürücü Albon isə heç bir xəsarət almayıb və maşından təkbaşına düşə bilib.

Bu insident səbəbindən məşq sessiyası qırmızı bayraqlarla 20 dəqiqəlik dayandırılıb. Yürüşün yekunlarına əsasən, ən yaxşı nəticəni italyan Andrea Kimi Antonelli göstərib, Aleksandr Albon isə 14-cü yerdə qərarlaşıb.

Xədicə BAXIŞLI

Chosen
80
1
redaktor.az

2Sources