2026-cı il mayın 22-də Prezident köməkçisi Hikmət Hacıyev WUF13 çərçivəsində Azərbaycanın QHT Agentliyinin kollektivi və GSNP Katibliyinin təmsilçiləri ilə görüş keçirib, WUF13-də fəal iştiraka görə onlara təşəkkür edib və uğurlar arzulayıb. Məlumat verilib ki, QHT Agentliyinin və GSNP-nin “WUF13 Urban Expo”dakı pavilyonlarında WUF13 günlərində yerli və xarici QHT-lər tərəfindən 100-ə yaxın müxtəlif tədbirlər keçirilib, bu tədbirlərdə ümumilikdə 6 min nəfərə yaxın şəxs iştirak edib.


