Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanda terror təşkilatı lideri Yotopoulosun azadlığa buraxılmasını pisləyən bəyanat yayıb.
Publika.az xəbər verir ki, bəyanatda qeyd olunub:
"1991-ci ildə Afina səfirliyimizin mətbuat attaşesi Çetin Görgünün qətlini təşkil etdiyinə görə 17 ömürlük və 25 il ağırlaşdırılmış həbs cəzasına məhkum edilmiş terror təşkilatının lideri Aleksandros Yotopulosun 21 may 2026-cı ildə azadlığa buraxılmasını şiddətlə pisləyirik. Ölkəmizi xaricdə şərəflə təmsil edən diplomatlarımızı hədəf alan sui-qəsdləri və hücumları təhrik edən bu xain terrorçuya göstərilən tolerantlıq şəhid diplomatlarımızın və onların ailələrinin xatirəsinə böyük hörmətsizlikdir və qəbuledilməzdir."