EN

Kenan Yıldız İtaliyada mövsümün ən yaxşı gənc futbolçusu seçildi

İtaliya A Seriyasında 2025-2026-cı illər mövsümünün ən yaxşılarının adları açıqlanıb və gənc türk ulduz tarixi uğura imza atıb.

Fanat.Az turnirin rəsmi internet saytına istinadən xəbər verir ki, "Yuventus"un formasını geyinən milli futbolçu Kənan Yıldız mövsümün ən yaxşı 23 yaşaltı oyunçusuna verilən "Raysinq Star" (Rising Star) mükafatının sahibi olub.

Liqa rəhbərliyindən verilən rəsmi açıqlamada, qaliblərin xüsusi izləmə məlumatları və detallı performans analizləri əsasında tam obyektiv şəkildə müəyyən edildiyi vurğulanıb. Cari mövsümdə nümayiş etdirdiyi möhtəşəm oyunla Turin təmsilçisinin vazkeçilməzinə çevrilən 21 yaşlı hücumameyilli yarımmüdafiəçi, daha əvvəl iki dəfə A Seriyasında ayın ən yaxşı gənc oyunçusu adını da qazanmışdı.

İstedadlı futbolçu İtaliya çempionatında cari mövsüm ərzində "ağ-qaralar"ın heyətində ümumilikdə 33 rəsmi matçda meydana çıxaraq 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
9
fanat.az

1Sources