EN

Niderland Kralı İlham Əliyevi təbrik edib

Niderland Kralı Villem-Aleksandr Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Cənab Prezident,

28 May – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Bu əlamətdar gün münasibətilə Azərbaycan xalqına rifah və firavanlıq arzulayır, ən xoş diləklərimi bildirirəm”.

Chosen
14
anews.az

1Sources