EN

Benin nümayəndəsi: “WUF13 yeni əməkdaşlıqlar qurmaq üçün mühüm fürsət oldu” – VİDEO

“Düşünürəm ki, Bakıdakı günlərim kifayət qədər xoş keçdi. Tədbir də yaxşı idi, çünki bu, müxtəlif təşkilatlarla görüşmək, biri-birimizdən nəsə öyrənmək, həmçinin fərqli icmalardakı mənzil böhranlarına cavab vermək üçün müəyyən əməkdaşlıqlar qurmaq adına bir fürsət oldu”.

Bu fikirləri Beninin “Slum Dwellers International" (Beynəlxalq Gecəqondu Sakinləri) təşkilatının nümayəndəsi Antuan Aqossu Bizim.Media-ya açıqlamasında bildirib.

“Mən Bakıda bəzi yerləri də ziyarət etməyə çalışdım. Həmçinin düşünürəm ki, tədbir çox yaxşı təşkil olunmuşdu. Ona görə də bu Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak etdiyim üçün həqiqətən çox şadam”.


Tehran Orucoğlu, Bizim.Media

Chosen
20
7
bizim.media

9Sources