EN

"Starlink" kəsildi, cəbhədə dönüş yarandı: Ukrayna bu qədər ərazini azad edib

İlin əvvəlində Ukrayna Silahlı Qüvvələri (VSU) genişmiqyaslı hücumlar nəticəsində təxminən 400 kvadrat kilometr ərazini geri qaytarıb.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin (DIA) hesabatına istinadən yazıb.

Məlumata görə, bu irəliləyiş Rusiyanın istifadə etdiyi peyk internet sistemi "Starlink" terminallarının sıradan çıxarılması ilə əlaqələndirilir. ABŞ tərəfi bu cihazların Rusiya hərbçiləri tərəfindən qeyri-qanuni şəkildə, digər ölkələrdən kontrabanda yolu ilə gətirildiyini bildirir. Sistem əsasən dronların idarə olunması və qoşunların koordinasiyası üçün istifadə edilirdi.

Hesabatda qeyd olunur ki, Rusiya ordusunun kommunikasiya imkanlarına həm də “Telegram” platformasına məhdudiyyətlər əlavə zərbə vurub. Bununla belə, mart ayına olan vəziyyətə görə, Rusiya ordusu döyüş funksiyalarının əksəriyyətində ümumi üstünlüyünü qoruyub.

Ukrayna Müdafiə Nazirliyinin müşaviri Sergey Beskrestnov bildirir ki, "Starlink" bağlantısının itirilməsi Rusiya ordusu üçün “kritik zərbə” olub, bəzi bölgələrdə hücum əməliyyatlarının dayanmasına qədər təsir göstərib.

Chosen
71
50
publika.az

10Sources