EN

Çində rüşvətə görə 17 nəfər futboldan ömürlük uzaqlaşdırıldı

ain.az, Yeniavaz portalına istinadən məlumat verir.

Çin Futbol Assosiasiyası (CFA) rüşvətxorluğa görə 17 nəfəri futboldan ömürlük uzaqlaşdırıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, daha 48 nəfər beş ilə qədər müddətə diskvalifikasiya olunub.

Diskvafikasiyalar təkcə futbolçulara deyil, həm də klub rəhbərlərinə, baş məşqçilərə, funksionerlərə və hakimlərə şamil olunub.

Cəzalandırılan şəxslər rüşvətxorluqla yanaşı, oyunların nəticələrini manipulyasiya etməkdə təqsirli bilinib.

Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında Çin Futbol Assosiasiyası rüşvətxorluğa görə 43 nəfəri futboldan ömürlük uzaqlaşdırdığını elan etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
yeniavaz.com

1Sources