EN

WUF13 çərçivəsində qadınların adekvat mənzillə təminatı üzrə sənədlər qəbul ediləcək

"WUF13 çərçivəsində qadınların təhlükəsiz və əlçatan mənzillərlə təmin olunması, həmçinin gender bərabərliyinin şəhərsalma siyasətində nəzərə alınması istiqamətində sənədlərin qəbul edilməsi nəzərdə tutulur".

Ölkə.az xəbər verir ki, bunu BMT baş katibinin müavini və BMT-nin Dayanıqlı İnkişaf Qrupunun sədri Amina Mohammed Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Qadınların dəyirmi masası: Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil təminatı" mövzusunda çıxışı zamanı deyib.

O bildirib ki, şəhər həyatının formalaşdırılmasında böhranların qadınlara təsiri mütləq nəzərə alınmalıdır:

"Güclü şəhərlər olmadan qadınların hüquqlarını təmin etmək olmaz. Buna görə də yaşayış yerlərini qadınlar üçün əlçatan etmək lazımdır".

Aminə Mohammed qeyd edib ki, bu məsələlər WUF13-də geniş müzakirə olunur və onların həlli istiqamətində müvafiq sənədlərin qəbul edilməsi planlaşdırılır.

Chosen
16
2
olke.az

3Sources