EN

WUF13 də təbiət əsaslı sistemlər vasitəsilə dayanıqlı mənzil modelləri müzakirə olunur

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 22 may, AZƏRTAC

Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Asiya Yaşayış Yerləri Cəmiyyəti- Təbiətə Əsaslanan Sistemlərlə Davamlı və Davamlı Mənzillərə Enerji Verən Doldurulan Landşaft” mövzusunda sessiya keçirilir.

AZƏRTAC xəbər verir ki, sessiyada landşaft memarlığının yalnız estetik element deyil, şəhərlərin dayanıqlı inkişafını təmin edən əsas infrastruktur komponenti kimi rolu müzakirə olunur.

Sessiyanın moderatoru Stephanie Lau qeyd edib ki, inteqrasiya olunmuş landşaft sistemləri ekoloji funksiyaların bərpasına, resursların səmərəli idarə olunmasına və icmaların uzunmüddətli dayanıqlığının artırılmasına xidmət edir. İştirakçılar maraqlı landşaftlar, enerji baxımından müsbət ekoloji həllər, süni intellekt texnologiyalarının tətbiqi, həmçinin yaşıl maliyyə alətlərinin dayanıqlı mənzil siyasətində əhəmiyyətini müzakirə ediblər.

Vurğulanıb ki, şəhər meşələri, mavi-yaşıl infrastruktur və dairəvi bioenerji sistemləri yaşayış ərazilərini resurs istehlakçısından ekoloji regenerasiya mərkəzinə çevirə bilər.

Tədbir Asian Habitat Society, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Asiya və Sakit Okean üzrə Regional Ofisi, Korea Landscape Council və CCPIT-in Şəhərlərin Dayanıqlı İnkişafı Komitəsinin tərəfdaşlığı ilə təşkil olunub.

Müxbir - Pərvanə Qafarova

Fotoqraf - İlqar Cəfərov

Operator - Sara Əliyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
azertag.az

1Sources