AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Qazaxıstanın Kurık limanının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə tərəflər daşımaların təşkili, o cümlədən koordinasiya və əməliyyat proseslərinin optimallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Eyni zamanda, görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, yük axınının davamlılığının təmin olunması və Xəzərdə nəqliyyat-logistika əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib.


