EN

“Dostluq öz yerində, iş öz yerində” Paşinyandan gül qadağasına reaksiya

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) statusunu yalnız Ermənistan müzakirə edə bilər”. 

“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

“Aİİ-nin qaydalarına görə, təşkilatdakı statusunu yalnız Ermənistan müzakirə edə bilər, yəni çıxıb-çıxmamaqla bağlı qərarı yalnız ölkə özü verə bilər. Başqa prosedur yoxdur. Bununla belə, biz tərəfdaşlarımızın bütün suallarını həvəslə cavablandırmağa hazırıq”, - Baş nazir bildirib. 

O, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Ermənistan mənşəli və bu ölkədən göndərilən çiçək məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq etməsi mövzusuna da toxunub:

“Fitosanitar standartlara uyğun gəlməyən istənilən mallarla bağlı məhdudiyyətlər hər zaman olub və olacaq. Son 8 il ərzində belə vəziyyət dəfələrlə yaşanıb. Digər məhsullarla bağlı başqa problemlər də olub və biz bu problemləri Avrasiya İqtisadi İttifaqının iclaslarında müzakirə etmişik”.

Jurnalistin “Rusiya Prezidenti Vladimir Putinlə dostsunuzsa, necə olub ki, ixracla bağlı problemlər yaranıb?” sualını Paşinyan belə cavablandırıb: “Dostluq öz yerində, iş öz yerində. Dostluq münasibətlərinin işlə nə əlaqəsi var? Əgər münasibətlər dostluq xarakteri daşıyırsa, bu o deməkdir ki, biz fitosanitar standartlarla nəzərdə tutulmuş normalardan kənara çıxmalıyıq?”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
51
qafqazinfo.az

1Sources