EN

Liverpul un baş məşqçisi postuna yeni namizəd

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Arne Slot postundan gedərsə, "Bornmut"un baş məşqçisi Andoni İraola "Liverpul"da onu əvəzləyə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.

"Qırmızılar"ın rəhbərliyi hazırkı vəziyyətdən narazıdır və niderlandlı mütəxəssisin mümkün gedişini istisna olunmur. Belə bir vəziyyətdə "Liverpul"un idman direktoru Riçard Hyuz potensial əvəzedicini müəyyən edib. Hyuz İraolanı "Bornmut"a gətirən şəxs olub. İspan məşqçinin müasir və sadə üslubu, eləcə də taktiki uyğunlaşma qabiliyyəti ilə "Liverpul"un diqqətini cəlb edib.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda İraolanın mövsümün sonunda "Bornmut"dan ayrılacağı barədə məlumatlar yayılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
43
sport24.az

1Sources