EN

Müğənnilərin WUF13-də iştirak etməməsi qınandı, Elnarə Abdullayeva cavab verdi: “Telefondan başım çıxmır, qeydiyyat bilirəm mən?”

Məlum olduğu kimi, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) artıq 6-cı günü öz işinə başlayıb. Mötəbər tədbirə maraq olduqca böyükdür. Sosial şəbəkədə isə belə əhəmiyyət kəsb edən tədbirdə müğənnilərin iştirak etməməsi ictimai qınaq yaradıb. Bir çox tədbirlərdə iştirak edən məşhurların digər vətəndaşlar kimi qeydiyyatdan keçib iştirak etməməsi geniş müzakirələrə səbəb olub.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Əməkdar artist, xanəndə Elnarə Abdullayeva bundan xəbərsiz olduğunu bildirib.

 

O, tənqid edənlərə haqq qazandırmayıb: “Mən bilmirəm axı... Bəyəm o tədbirdə iştirak etmək lazımdır? İndi siz deyirsiniz, mən eşidirəm. O şeyləri mən bilmirəm ki, “hə” və ya “yox” deyəm. Məlumatsızam. Mənim heç telefondan başım çıxmır, qeydiyyat bilirəm mən? Lazım olarsa, gedərəm. Deyirlər çağırılan yerə ərinmə, çağrılmayan yerə görünmə. Tənqid edirlər, etsinlər də. Mədəniyyətimizi təbliğ edirik də, başqa harada edək? Lap belə tədbirə getmişəm, şəhərsalma bilmirəm, nə edəcəm, ağzımı açıb oxuyacam? Oraya gedib oxuyan nə edəcək?”

 

Şəhanə Quliyeva

Tarix: 22 May 2026, 09:37   
Chosen
50
pravda.az

1Sources