EN

Lukaşenko: Zelenskinin açıqlamalarına reaksiya vermirəm

BAKI, 22 may. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko Vladimir Zelenskinin səsləndirdiyi fikirlərə reaksiya vermədiyini bildirib.

Teleqraf” xəbər verir ki, bu barədə Lukaşenkonun açıqlaması “Pul Pervoqo” teleqram kanalında yayımlanıb.

“Kiyevdən gələn, o cümlədən Zelenski tərəfindən səsləndirilən boş söhbətlərə heç bir reaksiya vermirəm”, - Belarus lideri deyib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Belarus sərhədi yaxınlığında, Çerniqov-Kiyev istiqamətində Ukrayna Silahlı Qüvvələrinin qruplaşmasının gücləndirilməsi barədə tapşırıq verdiyini açıqlamışdı.

Chosen
99
teleqraf.com

1Sources