BAKI, 22 may. TELEQRAF
Belarus Prezidenti Aleksandr Lukaşenko Vladimir Zelenskinin səsləndirdiyi fikirlərə reaksiya vermədiyini bildirib.
“Teleqraf” xəbər verir ki, bu barədə Lukaşenkonun açıqlaması “Pul Pervoqo” teleqram kanalında yayımlanıb.
“Kiyevdən gələn, o cümlədən Zelenski tərəfindən səsləndirilən boş söhbətlərə heç bir reaksiya vermirəm”, - Belarus lideri deyib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Belarus sərhədi yaxınlığında, Çerniqov-Kiyev istiqamətində Ukrayna Silahlı Qüvvələrinin qruplaşmasının gücləndirilməsi barədə tapşırıq verdiyini açıqlamışdı.