EN

Floridadakı aviabazada insident baş verib, iki nəfər xəsarət alıb

BAKI, 22 may. TELEQRAF

ABŞ-nin Florida ştatında yerləşən Eylin aviabazasının ərazisindəki tədqiqat mərkəzində baş verən insident nəticəsində iki nəfər xəsarət alıb.

Teleqraf” xəbər verir ki, bu barədə aviabazanın yaydığı açıqlamada bildirilib.

Məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadaları və partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə xüsusi qrup cəlb olunub.

Açıqlamada qeyd edilib ki, zərər yalnız partlayıcı maddələrin hazırlanması üzrə elmi-tədqiqat mərkəzinə dəyib. Hadisənin səbəbi hazırda araşdırılır.

İnsidentin detalları açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ-nin Nyu-Meksiko ştatındakı Holloman Hərbi Hava Qüvvələri bazasında baş verən atışma nəticəsində bir nəfər ölüb, daha bir nəfər yaralanmışdı.

Chosen
155
teleqraf.com

1Sources