EN

Solovyov efirdə açıq çağırış etdi – Zelenski və Budanov öldürülsün

Rusiyalı aparıcı və təbliğatçı Vladimir Solovyov canlı efirdə səsləndirdiyi fikirlərlə yenidən diqqət mərkəzinə düşüb. O, Ukraynanın Rusiyaya pilotsuz uçuş aparatları ilə hücumlarının qarşısının alınması ilə bağlı sərt çağırış edib.

Musavat.com xəbər verir ki, Solovyov çıxışı zamanı Ukrayna Prezidenti Volodimir Zelenski, Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov, eləcə də Qərb silah şirkətlərinin sahiblərinin öldürülməsini təklif edib.

Onun sözlərinə görə, belə addımlar Ukraynanın Rusiyaya qarşı dron hücumlarını dayandıra bilər.

Və mənə bunun mümkün olmadığını deməyin. Sizə Amerikanın və İsrailin təcrübəsini xatırladıram, - deyə Solovyov bildirib. 

 

Musavat.com

Chosen
14
29
musavat.com

10Sources