EN

Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib

Bakı, 21 may, AZƏRTAC

Futzal üzrə Azərbaycanın Kubokunun final oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, həlledici görüşdə “Araz-Naxçıvan” və “Neftçi” İK qarşılaşıb.

Matçdan əvvəl AFFA Hakimlər Komitəsinin üzvü, futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədliyə 55 illiyi ilə əlaqədar xatirə hədiyyəsi təqdim olunub. Hədiyyəni AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov təqdim edib.

Final oyununda rəqibinə 5:3 hesabı ilə qalib gələn “Neftçi” İK titula sahib çıxıb.

Qarşılaşma başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Final oyununun hakimlərinə və hakim-inspektora diplom, matçın ən yaxşı futzalçısı – Markus Vinisiusa xatirə hədiyyəsi, “Araz-Naxçıvan” və “Neftçi”nin üzvlərinə müvafiq olaraq gümüş və qızıl medallar, həmçinin qalib komandaya Azərbaycan Kuboku təqdim olunub.

Chosen
33
2
azertag.az

4Sources