Yazını böyüt
Yazını kiçilt
Futzal üzrə Azərbaycanın Kubokunun final oyunu keçirilib.
Hafta.az xəbər verir ki, həlledici görüşdə “Araz-Naxçıvan” və “Neftçi” İK qarşılaşıb.
Matçdan əvvəl AFFA Hakimlər Komitəsinin üzvü, futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədliyə 55 illiyi ilə əlaqədar xatirə hədiyyəsi təqdim olunub. Hədiyyəni AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov təqdim edib.
Final oyununda rəqibinə 5:3 hesabı ilə qalib gələn “Neftçi” İK titula sahib çıxıb.