EN

Zelenski: "UTX FTX-nin qərargahına zərbə endirdi, 100-ə yaxın itki var"

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) xüsusi bölmələri tərəfindən Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) qərargahına uğurlu zərbə endirildiyini elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna lideri öz rəsmi "Telegram" kanalında məlumat paylaşıb.

V.Zelenski qeyd edib ki, əməliyyat Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində həyata keçirilib:

"UTX-nin “A” Xüsusi Əməliyyatlar Mərkəzinin döyüşçülərindən əla nəticələr var. Müvəqqəti işğal altında olan ərazimizdə rusiyalı FTX əməkdaşlarının qərargahı vurulub, həmçinin düşmənin “Pantsir-S1” zenit-raket kompleksi məhv edilib.

Yalnız bu bir əməliyyat sayəsində rusların itkiləri — ölən və yaralananlar daxil olmaqla — 100-ə yaxın işğalçı təşkil edib".

Ukrayna Prezidenti rəsmi bəyanatını bu sözlərlə tamamlayıb: "Ruslar bu müharibəni mütləq bitirməli olduqlarını hiss etməlidirlər. Ukraynanın orta və uzaq mənzilli daxili “sanksiyaları” fasiləsiz işləməyə davam edəcək".

Məlumat "nv.ua" xəbər portalına istinadən yayılıb.

Bizim.Media

Chosen
6
1
bizim.media

2Sources