EN

Revanşist qüvvələrin əsas silahı: qorxu və manipulyasiya- ÖZƏL

"Ermənistan cəmiyyətində hazırda seçkilərlə əlaqədar siyasi mühit kifayət qədər gərginləşib. Bu şəraitdə heç bir real fakta söykənməyən müxtəlif iddialar ortaya atılır. Həmin iddialar əsasən daxili auditoriyaya hesablanıb, cəmiyyəti manipulyasiya etməyə, insanlarda qorxu və narahatlıq yaratmağa xidmət edir. Məqsəd həm seçicilərin qərarına təsir göstərmək, həm də rəqiblərin nüfuzunu zəiflədərək öz elektoratlarını genişləndirməkdir.
Hazırda Ermənistandakı müxalif qüvvələr daha çox Azərbaycan amilindən siyasi alət kimi istifadə edirlər. Onlar guya Azərbaycanın Ermənistana qarşı hərbi planlarının olması və ya Paşinyan hakimiyyətinin ölkəni "satması" ilə bağlı əsassız iddialar səsləndirirlər. Bu cür ritorika cəmiyyətdə təşviş yaratmağa, insanları emosional şəkildə hakimiyyətə qarşı yönləndirməyə hesablanmış siyasi taktikadır". 

Bu fikirləri siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib:
"Eyni zamanda, revanşist dairələr yaxşı anlayırlar ki, onların cəmiyyətə təqdim edə biləcəyi ciddi siyasi, iqtisadi və sosial proqram yoxdur. Çünki Ermənistan cəmiyyəti işğal dövründə həyata keçirilən siyasətin nəticələrini artıq aydın şəkildə görür və qiymətləndirir. 
Bundan başqa, bəzi müxalif qrupların xarici dairələrin təsiri və maliyyə dəstəyi ilə fəaliyyət göstərdiyi barədə fikirlər də mövcuddur. Həmin qüvvələrin regionda davam edən sülh prosesində maraqlı olmadığı açıq görünür. Çünki dayanıqlı sülhün təmin olunması bəzi xarici güclərin regiondakı hərbi və siyasi təsir imkanlarını zəiflədə bilər. Buna görə də onlar müxtəlif manipulyativ bəyanatlar və təxribat xarakterli çıxışlarla prosesə təsir göstərməyə çalışırlar.
Ermənistandakı seçkinin nəticələrinin regiondakı proseslərə münasibətdə təsiri olacaq. Çünki müxalif qüvvələr öz seçki təşviqatını anti-Azərbaycan ritorikası üstündən aparırlar, hazırkı sabitliyi isə təndiq edirlər. Ona görə də revanşist dəstəkli qüvvələrin niyyəti sabitlik yox, köhnə münaqişə vəziyyətini bərpa etməkdir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
14
olaylar.az

1Sources