EN

4 il deyil, 3 ilə MƏZUN olmaq mümkündür – Universiteti tez bitirmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycanda Boloniya təhsil sistemi tələbələrə normativ təhsil müddətindən daha tez məzun olmaq imkanı yaradır. Bu, əsasən “üstdən dərs almaq” və əlavə fənlərin götürülməsi ilə mümkündür.

Azərbaycanda ali təhsil müəssisələri Boloniya sistemini tətbiq edir. Bu sistem tələbələrə müəyyən üstünlüklərdən istifadə etməyə imkan verir.

Bu imkanlardan biri də tələbənin təhsilini normativ müddətdən daha tez başa vurmasıdır.

Ölkə.az xəbər verir ki, təhsil üzrə ekspert Adil Vəliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, tələbə 2-ci və ya 3-cü kursda oxuyarkən özündən yuxarı kursların fənlərini götürə bilər.

Bu proses “üstdən dərs almaq” adlanır və tələbəyə 4 il əvəzinə 3 ilə məzun olmaq imkanı yaradır:

“Bundan başqa, normativ təhsil müddətində tələbənin iki ixtisas üzrə paralel oxuyaraq iki diplom əldə etməsi də mümkündür. Bu, oxşar ixtisaslardan əlavə dərslərin götürülməsi hesabına reallaşır. Tələbənin daha tez məzun olması onun əmək bazarına daha tez daxil olmasına şərait yaradır. Bu isə iş tapmaq və öz bacarıqlarını tətbiq etmək baxımından üstünlük hesab olunur.

Chosen
3
3
olke.az

4Sources