EN

WUF13 ADNSU üçün beynəlxalq platforma rolunu oynayıb

Bakı, 21 may, AZƏRTAC

WUF13 Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) üçün əvəzsiz bir beynəlxalq platforma rolunu oynayıb. Universitet forumda öz stendi ilə təmsil olunub və "yaşıl şəhər" istiqamətində aparılan tədqiqatlar dünya ictimaiyyətinə təqdim edilib. Xüsusilə qürur duyduğumuz məqam odur ki, stendimzdə beynəlxalq SCOPUS Q1 indeksində dərc olunmuş elmi məqalələrimiz nümayiş etdirilib. Bu, universitetimizin həmin sahədə ciddi elmi potensialının açıq sübutudur.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Qeyd olunub ki, forum çərçivəsində yaradılan şəbəkələşmə imkanları gənc tədqiqatçılar üçün xüsusi əhəmiyyət daşıyır. Dünyanın aparıcı universitetlərindən, beynəlxalq təşkilatlardan və özəl sektordan gələn nümayəndələrlə ünsiyyət qurmaq, birgə tədqiqat layihələri üçün zəmin hazırlamaq və elmi əməkdaşlıq müqavilələrinin əsasını qoymaq imkanı əldə edilib. Təqdim edilən Q1 məqalələri isə xarici qurumlar və potensial investorlar üçün universitetin etibarlılığını və elmi səviyyəsini sübut edən əsas arqument kimi çıxış edib.

ADNSU WUF13-u yalnız bir tədbirdə iştirak kimi deyil, uzunmüddətli beynəlxalq elmi əməkdaşlığın başlanğıc nöqtəsi kimi dəyərləndirir. Gələcəkdə bu əlaqələr əsasında birgə tədqiqat qrantlarının alınması, xarici tərəfdaşlarla ortaq laboratoriyaların qurulması və gənc tədqiqatçılarımızın beynəlxalq elmi mühitə inteqrasiyasının sürətləndirilməsi hədəflənir.

Chosen
15
3
azertag.az

4Sources