EN

Köçəryan Azərbaycana gəldi: ŞOK foto yayıldı

Qarabağda sökülən qanunsuz erməni tikililəri və qondarma kilsə qalıqları üçün artıq bir aydır dünyaya car çəkən, beynəlxalq birliyi ayağa qaldırmağa çalışan erməni lobbisi və kilsə xadimləri növbəti dəfə ifşa olunub. Erməni kilsələrinin din pərdəsi altında əslində xalis siyasi maşa rolu oynadığı növbəti tarixi faktla sübuta yetirilib.

KONKRET.az nocommentaz-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan və böyük müzakirələrə səbəb olan bu görüntülər qədim Qərbi Azərbaycanın (indiki Ermənistan ərazisi) mühüm yaşayış məskənlərindən olan Qaraqoyunlu mahalının Çaykənd kəndində qeydə alınıb. Ermənistandakı seçki təbliğatı kampaniyası çərçivəsində keçmiş prezident Robert Köçəryan məhz bu kəndə səfər edib və sözügedən tarixi ərazidə seçicilərlə görüş keçirib.

Məlumata görə, 1988-ci ilə qədər yalnız azərbaycanlıların yaşadığı bu qədim oğuz yurdunda hazırda köçürülmüş ermənilər məskunlaşıb. Köçəryanın səfəri zamanı fotoda əks olunan abidə isə erməni iddialarının əksinə olaraq, Qafqaz Albaniyası dövründən yadigar qalan, yerli çay daşları ilə inşa edilmiş qədim Alban kilsəsinin qalıqlarıdır.

Ermənistan rəhbərliyi və kilsəsi bu tarixi alban məbədinin qalıqlarını bu günə qədər bərpa etməyib və onu tamamilə baxımsız vəziyyətdə saxlayıb. Hətta Köçəryan kimi revanşist siyasətçilərin belə bu baxımsızlığın fonunda kənddən siyasi şou mərkəzi kimi istifadə etməsi bir daha göstərir ki, ermənilər xristian albanların mədəni və tarixi irsini mənimsəyə bilməyiblər. Çünki gəlmə etnos olduqlarını özləri də dərk edir və qədim alban mədəniyyəti ilə heç bir tarixi, mənəvi və ya adət-ənənə bağlılıqları olmadığını bilirlər.

Bu fakt Qarabağdakı qanunsuz tikililərin sökülməsini “xristian irsinin məhvi” kimi qələmə verən Ermənistanın ikiüzlü və riyakarlıq üzərində qurulmuş propaqandasını tamamilə darmadağın edir.

Chosen
31
1
konkret.az

2Sources