EN

ŞOK STATİSTİKA! Abortların sayı doğum sayına yaxınlaşıb: Partiya sədri HƏYƏCAN TƏBİLİ çaldı

"Son illər əhalinin artımında azalma var. Bunlar da sosial təminatla bağlıdır. İnsanların dünyaya gətirdikləri uşaqların təminatını ödəyə bilmədikləri üçün dünyaya uşaq gətirmirlər.

Məlumata görə, 2025-cü ildə Azərbaycanda 95 min 875 uşaq doğulub, eyni ildə ölkədə təxminən 95 min 117 abort qeydə alınıb.

Bu da təbii ki, gələcəkdə əhalinin azalmasına, dövlətin ciddi təhdidlər qarşısında qalmasına gətirib çıxa bilər. Ona görə də uşaqpulu verilməsi vacibdir"

Bu sözləri "Sitat.info"ya açıqlamasınd AĞ Partiya sədri Tural Abbaslı deyib.

O bildirib ki, uşaqpulu məsələsi əhalinin 80-90 faizinin tələbidir:

"Bu, müxtəlif sosial yardımlar adı ilə yox, birbaşa  uşaqpulu adı ilə hər bir uşağa verilməlidir. Dövlət 18 yaşına qədər həmin uşağın ailəsinə yardım verməlidir ki, uşaqların ehtiyaclarının minimal səviyyədə ödənilməsi təmin olunsun. Dünyanın bir çox ölkələrində var. Əvvəllər də bizdə olub, uğurlu da prakatika idi.

Bizim uşaqpulularla bağlı, çoxuşaqlı ailələrlə bağlı,  ümunmiyyətlə uşaq siyasəti və demoqrafiya ilə bağlı müxtəlif təkliflərimiz var. Amma uşaqpulu birmənalı olaraq, əhalinin 80-90 faizinin tələbidir bu...".

Nigar,

Sitat.info

Chosen
37
4
sitat.info

5Sources