Sitat.info portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Son illər əhalinin artımında azalma var. Bunlar da sosial təminatla bağlıdır. İnsanların dünyaya gətirdikləri uşaqların təminatını ödəyə bilmədikləri üçün dünyaya uşaq gətirmirlər. 2025-ci ilin statistikasına görə, abort edənlərin sayı doğumla eyni olub. Bu da təbii ki, gələcəkdə əhalinin azalmasına, dövlətin ciddi təhdidlər qarşısında qalmasına gətirib çıxa bilər. Ona görə də uşaqpulu verilməsi vacibdir"
Bu sözləri "Sitat.info"ya açıqlamasınd AĞ Partiya sədri Tural Abbaslı deyib.
O bildirib ki, uşaqpulu məsələsi əhalinin 80-90 faizinin tələbidir:
"Bu, müxtəlif sosial yardımlar adı ilə yox, birbaşa uşaqpulu adı ilə hər bir uşağa verilməlidir. Dövlət 18 yaşına qədər həmin uşağın ailəsinə yardım verməlidir ki, uşaqların ehtiyaclarının minimal səviyyədə ödənilməsi təmin olunsun. Dünyanın bir çox ölkələrində var. Əvvəllər də bizdə olub, uğurlu da prakatika idi.
Bizim uşaqpulularla bağlı, çoxuşaqlı ailələrlə bağlı, ümunmiyyətlə uşaq siyasəti və demoqrafiya ilə bağlı müxtəlif təkliflərimiz var. Amma uşaqpulu birmənalı olaraq, əhalinin 80-90 faizinin tələbidir bu...".
Nigar,
Sitat.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.