İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. 1news.az xəbər verir ki, məktubda deyilir: "Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Möhtərəm Prezident, əziz Qardaşım. Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına daha da çox inkişaf və firavanlıq arzu edirəm. Zati-alinizə hörmət və ehtiramla Qardaşınız, Salman bin Əbdüləziz Al Səud İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı".