“Arka Sokaklar” ekranlarla vidalaşır.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Türkiyənin ən uzunömürlü polis seriallarından biri olan “Arka Sokaklar” üçün final qərarı verilib. 2006-cı ildən yayımlanan və 20 mövsüm ərzində 700-dən çox bölümü ilə rekord qıran serialın planlaşdırılan 21-ci mövsümü ləğv edilib.
Məlumata görə, qərar artıq aktyor heyətinə də rəsmi şəkildə bildirilib. Beləliklə, illərdir tamaşaçıların maraqla izlədiyi məşhur serial ekranlarla vidalaşır.
Lətifə Abdıyeva