EN

Keçmiş sevgilisinin evinə girib, görün, nə etdi: Şok hadisə

Türkiyənin Aksaray şəhərində qorxulu hadisə baş verib.

Burak T. adlı şəxs keçmiş sevgilisi Hilal Ö.-nün yaşadığı binaya gələrək mənzilinin qapısını döyüb.

Məlumata görə, qadının qapını açmamasına əsəbiləşən kişi qapını təpik və yumruqlarla sındırmağa çalışıb. Təhlükəsizliyindən narahat olan qadın azyaşlı qızını evdə qoyaraq ikinci mərtəbənin eyvanından aşağı mərtəbənin eyvanına tullanıb.

Hadisə zamanı yaralanan qadın eyvanda köməksiz vəziyyətdə, azyaşlı qızı isə mənzildə nəzarətsiz qalıb. Səs-küyü eşidən sakinlər dərhal 112-yə məlumat veriblər.

Hadisə yerinə gələn polis əməkdaşları mənzilə daxil olan şəxsi saxlayaraq nəzarətə götürüblər. Ana isə fövqəladə xidmət əməkdaşları tərəfindən xilas edilib. Yaralı qadın xəstəxanaya çatdırılıb.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma başlanıb./news24.az/

Chosen
35
musavat.com

1Sources