EN

Turan Rzayev: Çin Rusiyanı həm bazar, həm də geosiyasi tərəfdaş kimi görür

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trumpın Pekinə rəsmi səfərindən dörd gün sonra Çinə səfər edib.

Bu, Putinin Çinə 25-ci səfəridir.

Ümumilikdə o, Çin lideri Xi Jinpinglə 40-dan çox dəfə görüşüb.

Gununsesi.info-ya danışan siyasi şərhçi Turan Rzayev hesab edir ki, səfər Moskva ilə Pekin arasında strateji əməkdaşlığın davam etdiyini nümayiş etdirən açıq mesajdır.

Onun sözlərinə görə, səfərin “Qonşuluq, dostluq və əməkdaşlıq haqqında” müqavilənin 25 illiyinə təsadüf etməsi də təsadüfi deyil.

Ekspert bildirib ki, son illərdə Rusiya-Çin münasibətləri enerji, ticarət və təhlükəsizlik sahələrində daha da dərinləşib. Rusiya Avropa bazarını itirdiyi dövrdə Çin əsas alternativ enerji bazarına çevrilib, Pekin isə Rusiya resursları hesabına enerji təhlükəsizliyini gücləndirir.

Pekində keçirilən görüşdən sonra Vladimir Putin və Si Cinpin ikitərəfli münasibətlərin genişləndirilməsi və çoxqütblü dünya nizamının inkişafı ilə bağlı birgə bəyanatlar imzalayıblar.

Si Cinpin həmçinin iki ölkə arasında “mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında” müqavilənin müddətinin uzadılması barədə razılıq əldə olunduğunu açıqlayıb.

Turan Rzayevin fikrincə, Çin yeni geosiyasi blok formalaşdırır və Moskva bu prosesdə Pekin üçün əsas tərəfdaşlardan biridir.

O qeyd edib ki, Rusiya hazırda Çindən daha çox asılı vəziyyətdədir və ABŞ-la Qərbin təzyiqləri fonunda Moskvanın əsas dayağı məhz Pekindir.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
icma.az

1Sources