EN

“Qarabağ” Elvin üçün milyonlar tələb edir!

ain.az xəbər verir, Olay.az saytına əsaslanaraq.

İntizamsız davranışlarına görə “Qarabağ”ın əsas heyətindən uzaqlaşdırılan Elvin Cəfərquliyevə bir neçə təklif var.OLAY Futbolinfo.az-a istinadən xəbər verir ki, Macarıstanın “Ferentsvaroş” klubu müdafiəçini israrla heyətinə qatmaq niyyətindədir. Onlar bir neçə dəfə “Qarabağ”a təklif göndərib. Ağdam klubu Elvinin transferi üçün 1.5 milyon avro transfer məbləği istəyir.Bununla yanaşı Türkiyənin “Amedspor” klubu da Azərbaycan yığmasının üzvü ilə maraqlanıb. Superliqaya yeni vəsiqə qazanan komanda transfer məbləğini ödəməyə də hazırdır. Lakin burada məsələ odur ki, Elvin xarici klublardan ilinə 1 milyon avro maaş istəyib. O, meneceri vasitəsilə hər iki kluba yalnız bu şərtlər altında keçəcəyini deyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
44
11
olay.az

10Sources