EN

Puşpa Patel WUF13-də: “Azərbaycan qonaqpərvərliyi heyrətamizdir, insanlar isə olduqca səmimidirlər”

Puşpa
“Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) beşinci günü yüksək intensivlikli müzakirələr və tədbirlərin təsirli miqyası ilə yadda qaldı”. 1news.az-ın müxbiri xəbər verir ki, bunu şəhərsalma üzrə tədqiqatçı, Hindistanın Nyu-Dehli şəhərində fəaliyyət göstərən Center for Policy Research təşkilatının nümayəndəsi Puşpa Patel WUF13-ün beşinci günü çərçivəsində bildirib.
O qeyd edib ki, WUF13 əvvəlki forumlar kimi ən yüksək səviyyədə təşkil olunub və zəngin proqram tədbiri daha da maraqlı edir. “Forum həqiqətən möhtəşəmdir. Burada eyni anda çoxsaylı maraqlı proqramlar keçirilir. Bəzən hansı sessiyada iştirak etməyi seçmək çətin olur, amma biz ən faydalı və maraqlı mövzuları seçməyə çalışırıq”, - deyə o bildirib. Azərbaycanla bağlı təəssüratlarını bölüşən Puşpa Patel forumun sıx proqramı səbəbindən hələlik ölkə ilə yaxından tanış olmaq imkanı əldə etmədiyini deyib. Bununla belə, o, Bakının şəhər mühitindən böyük heyranlıq duyduğunu vurğulayıb. “Bakı çox gözəl şəhərdir. Biz şəhərin mərkəzini, İçərişəhəri və Ağ Şəhəri ziyarət etdik. Hələlik görə bildiklərimiz bunlardır”, - deyə tədqiqatçı bildirib. Puşpa Patel WUF13-ü əvvəlki forumlarla müqayisə edərək tədbirin daha geniş miqyas aldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, forumun təşkili ən yüksək səviyyədədir və Azərbaycan qonaqpərvərliyi ayrıca tərifə layiqdir.

“Hər şey möhtəşəm təşkil olunub. Qonaqpərvərlik heyrətamizdir, yeməklər də çox dadlıdır. Mən vegetarian olduğum üçün seçim etmək bəzən çətin olur, amma ümumilikdə hər şey çox xoşuma gəlir. Azərbaycanda insanlar inanılmaz dərəcədə qonaqpərvərdirlər”, - deyə Puşpa Patel əlavə edib.

Chosen
6
1news.az

1Sources