EN

Məhəmməd Salah karyerasını Türkiyədə davam etdirə bilər

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu yay "Liverpul"la yollarını ayıracaq Məhəmməd Salahın karyerasını yüksək səviyyədə davam etdirmək istədiyi və bu istiqamətdə "Fənərbağça" variantının gündəmə gəldiyi iddia olunur.

Oxu.Az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi misirli ulduzun transferi üçün artıq ilk təmasları qurub.

Tərəflər arasındakı danışıqların müsbət məcrada inkişaf etdiyi və bu proses çərçivəsində Salaha qeyri-rəsmi təklifin təqdim olunduğu bildirilir.

Məşhur hücumçunun Avropada çıxışını davam etdirmək məqsədilə illik təqribən 12-13 milyon avro civarında maaşla razılaşmağa hazır olduğu qeyd olunub.

Bütün bu proseslərin fonunda Məhəmməd Salahın gələcək karyerasını Türkiyədə davam etdirmə ehtimalının xeyli gücləndiyi vurğulanır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
30
1
cebheinfo.az

2Sources