Bakı, 21 may, AZƏRTAC
Bu mötəbər beynəlxalq tədbirə ev sahibliyi edən Azərbaycanda olmaqdan böyük məmnunluq və şərəf duyuram. Bu, mənim Ümumdünya Şəhərsalma Forumunda (WUF) ilk iştirakımdır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən keniyalı jurnalist Müntəzir Məhəmməd deyib.
“Mənim fəaliyyətim birbaşa BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) fəaliyyətinin media müstəvisində işıqlandırılması ilə bağlıdır. İlk qlobal forum təcrübəm çərçivəsində burada çox mühüm informasiyalar əldə etdik. Azərbaycan WUF13-ün təşkilində dünyaya nümunə ola biləcək yüksək peşəkarlıq nümayiş etdirib”, - deyə o bildirib.