EN

Daniel Parexo klubunu tərk edir - RƏSMİ

İspaniyanın La Liqa təmsilçilərindən olan "Vilyarreal" təcrübəli yarımmüdafiəçisi Daniel Parexo ilə əməkdaşlığa son qoyacaq.

Fanat.Az xəbər verir ki, məlumatı sözügedən klubun mətbuat xidməti yayıb.

Müqaviləsinin müddəti gələn ayın sonunda başa çatacaq 37 yaşlı futbolçu ilə yeni anlaşma imzalanmayacağı bildirilib.

2020-ci ildən "Vilyarreal"da çıxış edən Parexo cari mövsüm bütün turnirlərdə 40 matça çıxaraq 1 qolla yadda qalıb. O, komanda ilə 2021-ci ildə UEFA Avropa Liqasının qalibi olub.

Toğrul

Chosen
15
fanat.az

1Sources