EN

Fərid Şəfiyev: Şuşanın işğal dövründə dağıdılan obyektləri münaqişələrin şəhərlərə təsirinin acı nümunəsidir

Şuşanın işğal dövründə dağıdılan tarixi və yaşayış obyektləri münaqişələrin şəhərlərə təsirinin acı nümunəsidir.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma sahəsinə təsirləri" adlı panel müzakirəsində deyib.

O, babasının vaxtilə Şuşada evi olduğunu xatırladıb:

"Həmin ev 1930-cu illərdə sovet hakimiyyəti tərəfindən müsadirə edilərək yetimlər üçün internat kimi istifadə olunurdu. Ermənistanın işğalı dövründə isə ev tamamilə dağıdılıb. Müharibədən sonra Şuşaya gedəndə yalnız daş qalıqlarını gördüm".

Chosen
20
far.az

1Sources