EN

UN-Habitat: Kiçik ada dövlətləri iqlim böhranının ön xəttindədir

Kiçik ada dövlətləri iqlim böhranının ön xəttindədir...

Poliqon xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Kiçik Ada İnkişaf Etməkdə Olan Dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və davamlı turizm” mövzusunda xüsusi sessiyada UN-Habitat-ın Asiya və Sakit Okean üzrə regional direktoru Kazuko İşiqaki deyib.

O bildirib ki, sessiya iki ay əvvəl Papua Yeni Qvineyanın paytaxtı Port Morsbidə keçirilən 7-ci Sakit Okean Şəhər Forumunun nəticələrinə əsaslanır.

Kazuko İşiqaki qeyd edib ki, həmin forumda hökumətlər, inkişaf tərəfdaşları, icmalar və regional təşkilatlar inklüziv, dayanıqlı və davamlı şəhər inkişafı üzrə praktiki həlləri müzakirə ediblər.

UN-Habitat rəsmisi Papua-Yeni Qvineyanın Mənzil və Şəhər İnkişafı naziri Kobbi Barmorun liderliyini xüsusi vurğulayıb.

O əlavə edib ki, kiçik ada inkişaf etməkdə olan dövlətlər (SIDS) iqlim dəyişikliyinin təsirlərini ilk hiss edən regionlar sırasındadır və buna görə şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və davamlı turizm məsələləri onlar üçün xüsusi əhəmiyyət daşıyır.

Poliqon.info

Chosen
49
36
poliqon.info

10Sources