Almaniyada Fridrix Merts hökumətinə qarşı sərt tənqid səslənib.
Publika.az xəbər verir ki, “Sarı Vagenknext İttifaqı - Ədalət Naminə” partiyasının sədr müavini və Yaxın Şərq üzrə ekspert Mixael Lüders “Berliner Zeitung” qəzetinə müsahibəsində kansleri kəskin tənqid edib.
Lüders bildirib ki, özünü “xarici işlər kansleri” adlandıran Merts beynəlxalq diplomatiyanın əsas prinsiplərini anlamır. Onun sözlərinə görə, kanslerin münaqişələrin həllinə yanaşması həm səmərəsizdir, həm də ikili standartlarla müşayiət olunur.
Siyasətçi Almaniya rəhbərliyinin Ukrayna və Yaxın Şərq böhranlarına fərqli münasibət göstərdiyini vurğulayıb. Lüdersin fikrincə, Berlinin regionlara görə dəyişən ritorikası Almaniyanın obyektiv vasitəçi kimi nüfuzuna ciddi zərbə vurur.
O, xüsusilə Mertsin İranla bağlı mövqeyini sərt tənqid edib.