EN

"Məqsədimiz daha çox mənzil tikmək deyil, icmalar yaratmaqdır" -

"Məqsədimiz sadəcə daha çox mənzil tikmək deyil, daha sağlam və daha əlaqəli icmalar yaratmaqdır”.Metbuat.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Cəmşid Əmirov deyib. "Azərbaycanda vətəndaşların mənzil təminatının yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindəndir və bu məqsədlə MİDA yaradılıb. İndiyədək 19 layihə icra olunub, onlardan 11-i üzrə 14 mindən çox əlverişli mənzil istifadəyə verilib. İşğaldan azad edilmiş ərazilərdə də 3 layihə tamamlanıb. Yeni layihələr üçün torpaq seçimi zamanı iş yerlərinə yaxınlıq, ekoloji təmizlik və şəhərsalma prinsipləri əsas meyar kimi götürülür, daha sonra layihələndirmə və tikinti standartlarına uyğun icra həyata keçirilir".C.Əmirov qeyd edib ki, “Güzəştli mənzil” elektron sistemi vasitəsilə müraciətlər tam şəffaf və real vaxt rejimində qəbul olunur, məlumatlar isə dövlət qurumlarının inteqrasiya olunmuş sistemləri ilə yoxlanılır.

Gülbəniz Hüseynli / Mətbuat.az

Chosen
34
metbuat.az

1Sources