EN

Riyad Qasımov: "Bakı dayanıqlı və rəqabətədavamlı qlobal şəhər olacaq"

WUF13 çərçivəsində keçirilən "Bakının Baş Planı 2040: şəhər inkişafında yeni mərhələ" adlı paneldə Bakı şəhərinin gələcək inkişaf istiqamətləri müzakirə olunub.

BAKU.WS xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riyad Qasımov bildirib ki, Bakı gələcəkdə təkcə genişlənən meqapolis deyil, həm də daha yaşıl, daha inklüziv və beynəlxalq rəqabətə davamlı qlobal şəhər kimi formalaşdırılır.

"Bakının Baş planı ilə o, sadəcə böyüyən bir meqapolis kimi deyil, daha yaşıl, daha əhatəli, dayanıqlı və rəqabətədavamlı qlobal bir şəhər kimi nəzərdə tutulur" -deyə o qeyd edib.

Riad Qasımovun sözlərinə görə, plan çərçivəsində parkların genişləndirilməsi, piyada zonalarının artırılması, sosial xidmətlərin əlçatanlığının yaxşılaşdırılması və ictimai məkanların inkişafı prioritet istiqamətlər kimi müəyyən edilib.

Eyni zamanda Mərkəzi Parkın genişləndirilməsi, yeni sahil zolağının yaradılması, bulvar ərazilərinin inkişafı və məhəllə infrastrukturunun yenilənməsi kimi layihələrin Bakını daha yaşana bilən şəhərə çevirməsi hədəflənir.

Chosen
43
far.az

1Sources