EN

WUF13-də Bakının Baş Planı da müzakirə edilir

Yazını böyüt
Yazını kiçilt

Bakıda davam edən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Bakı Baş Planı – Yeni İnkişaf Dövrünə” mövzusunda tədbir keçirilir.

Hafta.az xəbər verir ki, tədbirdə 2040-cı il üçün Bakı şəhərinin Baş Planına dair müzakirələr aparılır.

Müzakirələrdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), Mənzil İnşaatı Dövlət Agentliyi (MIDA), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, AS+, BCG-nin nümayəndələri iştirak edirlər.

Tədbirdə paytaxtın gələcək inkişaf istiqamətləri, müasir şəhərsalma yanaşmaları, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və dayanıqlı urbanizasiya məsələləri ətrafında fikir mübadiləsi aparılır.

Chosen
18
1
hafta.az

2Sources