AZ

WUF13 çərçivəsində Bakının Baş Planına dair müzakirələr aparılır



Bakıda davam edən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Bakı Baş Planı – Yeni İnkişaf Dövrünə” mövzusunda tədbir keçirilir.

Tədbirdə 2040-cı il üçün Bakı şəhərinin Baş Planına dair müzakirələr aparılır.

Müzakirələrdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), Mənzil İnşaatı Dövlət Agentliyi (MIDA), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, AS+, BCG-nin nümayəndələri iştirak edirlər.

Tədbirdə paytaxtın gələcək inkişaf istiqamətləri, müasir şəhərsalma yanaşmaları, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və dayanıqlı urbanizasiya məsələləri ətrafında fikir mübadiləsi aparılır.

Seçilən
3
1
baki-xeber.com

2Mənbələr