EN

Azərbaycanlıların xaricə səfərləri azalıb

2026-cı ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb.

Banco.az xəbər verir ki, bu ilin ilk 4 ayında xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz azalaraq 602,4 min nəfər təşkil edib.

Azərbaycan vətəndaşlarının ən çox üz tutduğu ölkə Türkiyə olub. Səfərlərin 40,8 faizi Türkiyənin payına düşüb. Türkiyəyə gedənlərin sayı ötən illə müqayisədə 7,5 faiz artıb.

Rusiya istiqamətində səfərlər 1 faiz, Gürcüstana səfərlər 7,1 faiz, İrana səfərlər isə 31,4 faiz azalıb.

Xaricə gedən vətəndaşların 69,7 faizi hava nəqliyyatından istifadə edib.

Chosen
7
1
banco.az

2Sources